İrəvanın reaksiyası Moskvanı təəccübləndirib

   İrəvanın reaksiyası Moskvanı təəccübləndirib
  16 Yanvar 2025    Oxunub:313
Jurnalist Dmitri Kiselyovun Rusiya televiziyasında Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına Ermənistanın emosional mənfi reaksiyası “çaşqınlıq yaradır”, çünki Moskvanın rəsmi mövqeyi İrəvana yaxşı məlumdur.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin İnformasiya və Mətbuat departamentinin direktoru Mariya Zaxarova keçirdiyi brifinqdə belə deyib.

“Düzünü desəm, bu reaksiya çaşdırıcıdır, çünki söhbət jurnalistin açıqlamalarından gedir. Biz həmişə İrəvandan eşitmişik ki, Ermənistan söz azadlığına sadiqdir və daha çox Ermənistanın indiki rəhbərliyi bunu imperativ edib. Bu, birincisi. İkincisi, bizim rəsmi mövqeyimizdir - nöqteyi-nəzər yox, dövlətin rəsmi mövqeyidir - İrəvana yaxşı məlumdur, biz onun mahiyyətini dəfələrlə səsləndirmişik”, - Mariya Zaxarova İrəvanın reaksiyasından təəccübləndiyini gizlətməyib.

Belə ki, Moskva ardıcıl olaraq 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli sazişlər əsasında Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin hərtərəfli blokadadan çıxarılmasından danışır.

- Nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd xidməti həyata keçirir və tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin ediləcək”, - rusiyalı diplomat vurğulayıb.

İrəvan Kiselyovun "Vesti nedeli"sini də bloklayır
Zaxarova İrəvana xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətinin əsasını məhz bu məntiq təşkil edir. Qrup daxilində mühüm praktik nəticələr əldə etmək və Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasına və təşkilinə yaxınlaşmaq mümkün olub.

Xatırladaq ki, yanvarın 12-də Rusiyanın “RTR 1” dövlət telekanalında yayımlanan “Vesti
nedeli” verilişində Azərbaycan, onun eksklavı olan Naxçıvan Muxtar Respublikası (ölkənin əsas ərazisindən Ermənistan tərəfindən ayrılmış) və Türkiyə arasında Zəngəzur dəhlizindən bəhs edilib. Teleaparıcı Dmitri Kiselyov buradan marşrut çəkməyi Bakı üçün “həyati baxımdan vacib addım” adlandıraraq, Azərbaycanın Zəngəzur dəhlizinin açılması tələbinə İrəvanın məhəl qoymadığını vurğulayıb. Buna cavab olaraq, İrəvan Rusiyaya nota verməklə yanaşı "Vesti nedeli" verilişinin Ermənistan ərazisində yayımlanmasını da bloklayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zaxarova   Ermənistan   reaksiya  





Xəbər lenti