Kod 98.001: USAİD Paşinyanı necə hakimiyyətə gətirib

Kod 98.001: USAİD Paşinyanı necə hakimiyyətə gətirib
  09 Fevral 2025    Oxunub:980
USAID Paşinyanın hakimiyyətə gətirilməsinə sponsorluq edib və bu günə qədər də dəstək göstərib.
Foreignassistance.com saytının verdiyi rəsmi məlumata görə, USAID 10 il ərzində Ermənistana 322,2 milyon dollar ayırıb. govtribe.com saytının yaydığı məlumata görə isə, son 10 ildə USAİD-in proqramları çərçivəsində bu ölkəyə ayrılan pullar təxminən 253,2 milyon dollar olub.


Bu vəsaitin böyük hissəsi 2018-ci ildən sonra ayrılıb. Belə ki, 2017-ci ildə Ermənistan cəmi bir-iki milyon dollar almışdısa, 2023-cü ildə bu məbləğ 110 milyon dolları keçib (maksimum hədd ildə 120 milyon dollardır - red.). Vəsaitlərin əksəriyyəti "98.001" ("xarici proqramlar üçün yardım") kodu ilə işlənir.

25 sentyabr, 2025-ci ildə USAİD və ABŞ Dövlət Departamenti Ermənistana 20,600,000 dollar ayırdığını bəyan etmişdi

İki tip maliyyələşdirmə strukturu var: (1) ödənişli müqavilələr (məsələn, sosial sorğular) və (2) qrantlar (məsələn, QHT-lərin maliyyələşdirilməsi). Müqavilələrin və qrantların özləri podratçı tərəfindən aşağı zəncirlə - subpodratçılar və subqrantlara (xüsusi ekspertlərin maliyyələşdirilməsi və s.) bölünə bilər.

Belə məlum olub ki, heç də bütün qrantlar Ermənistan daxilində ayrılmayıb, ABŞ-nin özündə ödənilib, sonradan subqrant kimi İrəvana yönləndirilib. Beləliklə, anomaliya baş verib - ayrılan qrantların sayı subqrantların sayından az olub.

Məsələn, highgov.com saytı 2018-ci ildə subqrantlara 19,9 milyon dollar ayrıldığını üzə çıxarıb ki, bu da Ermənistanda 2018-ci ilin qrant proqramında nəzərdə tutulandan çoxdur. Ermənistanda iddia edirlər ki, nə 2018-ci il inqilabından əvvəl, nə də sonra belə bir anomaliya müşahidə edilməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan və USAİD-in direktoru Samanta Pauer əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Belçikada görüşmüşdülər /05.04.2024

Bu onunla izah oluna bilər ki, Qərb QHT-ləri Ermənistana subqantlar (bannerlər, qidalanma, avtobuslar, qonaqlarından dəvət xərcləri və.s) səviyyəsində külli miqdarda pulu çevriliş məqsədilə axıdıblar.

ABŞ-ın keçmiş səfiri Riçard Mils özü iddia edib ki, ABŞ -nin Ermənistandakı səfirliyinin 20 il ərzində bütün fəaliyyəti inqilaba yönəlib: “Son 20 ildə ABŞ hökuməti, ABŞ səfirliyi və Aİ tərəfindən Ermənistanda vətəndaş cəmiyyətinin dəstəklənməsi və inkişafı üçün göndərilən yardımlar bir təməl rolunu oynadı, bu istiqamətdə başladılan dialoq və müzakirələr 2018-ci ilin aprel-may hadisələri ilə nəticələndi”.

Səbinə Həsənova
AzVision.az


Teqlər: USAİD   Paşinyan   ABŞ  





Xəbər lenti