Lavrov Ərdoğanla görüşüb - FOTO

   Lavrov Ərdoğanla görüşüb -    FOTO
  24 Fevral 2025    Oxunub:336
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfəri çərçivəsində paytaxt Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüş mətbuata qapalı şəkildə keçirilib.
Lavrov: “Rusiya ilə Ukraynanı sazişdən bir saat ayırırdı”

Tərəflər qarşılılıqlı əlaqələrlə yanaşı regional məsələlər, o cümlədən Ukraynadakı müharibənin vəziyyəti ətrafında müzakirələr aparıblar.

Görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan da qoşulub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Türkiyə   prezident   görüş  





Xəbər lenti