Rusiya PUA-ları Kiyevə hücum edib - VİDEO

   Rusiya PUA-ları Kiyevə hücum edib    - VİDEO
  07 May 2025    Oxunub:539
Rusiya pilotsuz təyyarələrinin Ukraynanın paytaxtında Şevçenkovski rayonunda yaşayış binasını vurması və dağıntılar nəticəsində iki nəfər həlak olub.
AzVision.az bildirir ki, bu barədə məlumat verən Kiyev şəhərinin meri Vitali Kliçkonun sözlərinə görə, pilotsuz təyyarənin qalıqlarının beşmərtəbəli binanın yuxarı mərtəbələrinə düşməsi nəticəsində mənzillər alovlanıb. İki nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 4 adamdan 3-ü uşaqlardır. Digər 4 zərərçəkənə isə hadisə yerində tibbi yardım göstərilib.

“Kiyevin Svyatoşinski, Solomenski, Şevçenkovski və Dneprovski rayonlarında dağıntılar qeydə alınıb. Svyatoşinski rayonunda PUA-ların qalıqları doqquz mərtəbəli yaşayış binasına çırpılıb, yuxarı mərtəbələrdəki mənzillər yanıb. Solomenski rayonunda dron qalıqları açıq əraziyə düşüb. Dneprovski rayonunda da PUA-nın çoxmərtəbəli yaşayış binasının üzərinə düşməsi nəticəsində 29 və 30-cu mərtəbələrin tavanlarını qismən dağıdıb”, - Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.

Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, Ukrayna paytaxtına gecə ərzində hava hücumu zamanı bir ballistik raket (“Hədəf”) və Rusiyaya məxsus 28 PUA aşkar edilib.
Bu gecə rus qoşunlarının həmçinin Zaporojyeyə və bölgənin bir neçə yaşayış məntəqəsinə hücumu nəticəsində dörd nəfər yaralanıb və bir fərdi ev dağıdılıb. 7 çoxmərtəbəli binaya və 14 fərdi evə, habelə infrastruktur obyektlərinə ziyan dəyib.

Rusiyanın Kiyev də daxil olmaqla respublikanın ərazisinə endirdiyi zərbələri tənqid edən Ukraynanın Xarici İşlər naziri Moskvanın bununla ABŞ-nin sülh səylərini “lağa qoyduğunu” bildirib.

- Rusiya bununla da Ukraynanın 30 gün və ya daha çox müddətə atəşkəs haqqında qeyd-şərtsiz təklifinə cavab verir və eyni zamanda Vaşinqtonun sülh təşəbbüslərini ələ salır. Qələbə Gününün Rusiyanın yanında qeyd edilməsi yolverilməzdir”, - Sibiqa “X” sosial şəbəkəsində etdiyi bu paylaşımda Rusiyaya təzyiqi artırmağa çağırıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Kiyev   zərbələr  





Xəbər lenti