`QHT-lərin əsas problemi xarici sifarişlə işləmələridir` - Vüqar Bayramov

`QHT-lərin əsas problemi xarici sifarişlə işləmələridir` - Vüqar Bayramov
  08 Avqust 2014    Oxunub:2107
“QHT-lərin əsas problemlərindən biri də onların siyasiləşməsi, bu yöndə xarici mərkəzlərin sifarişlərini yerinə yetirmələri ilə bağlıdır. Azərbaycanda da özünü həqiqi QHT kimi qələmə verən belələri yox deyil”.

Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun fikrincə, Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Şurasının binasında sözügedən qurumun sədri millət vəkili Azay Quliyev ilə vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü kifayət qədər məhsuldar olub: “Görüşdə QHT-lərin banklarda üzləşdiyi problemlər, o cümlədən, onların həlli yolları, qrant müqavilələrinin qeydiyyatının asanlaşdırılması metodları ilə bağlı fikirlərimi bildirdim. Tədbirdə qeyd etdiyim kimi, hazırda vətəndaş cəmiyyətinin ən ciddi problemlərindən biri bu sektorun siyasiləşməsidir. Avropa Birliyi o cümlədən ABŞ daxil olmaqla əksər inkişaf etmiş ölkələrdə Qeyri-Hökumət Təşkilatları (QHT) ilə siyasi partiyalar arasında kəskin sərhəd var. Hər bir sektorun özünün fərqli hədəfləri var. Vətəndaş cəmiyyəti institutları siyasi partiyaların görməli olduğu fəaliyyətləri həyata keçirməməlidir. QHT-lər “istefa” şüarları səsləndirməməlidirlər, onlar ya beyin mərkəzləri olaraq təkliflər paketləri və eləcə də dövlət siyasəti sənədləri vasitəsi ilə dövlətin müxtəlif sektorlar üzrə, o cümlədən, iqtisadi-sosial siyasətinə təsir göstərməyə çalışır, ya da ənənəvi QHT-lər olaraq maarifləndirmə və monitorinq fəaliyyəti həyata keçirirlər. Təəsssüf ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının bir sıra hallarda siyasi partiyalara “inteqrasiyası” müşahidə edilir ki, bu da sözügedən sektorda gərginlik yaradır. QHT-lər hakimiyyətə gəlməyə deyil, hökumətin daha yaxşı işləməsinə çalışmalıdırlar. QHT-nin müstəqilliyi yalnız onun hökumətdən deyil, eyni zamanda siyasi arenadan müstəqil olması anlamına gəlməlidir. Bu baxımdan müstəqil QHT eyni zamanda heç bir tərəfə söykənməyən və konstruktiv yollar ilə dövlət siyasətinə təsir göstətməyə çalışan qurum olmalıdır. Buna görə də, əslində QHT-ləri siyasələşməkdən qoruyan “Etik Kodeksin” hazırlanması və könüllü qəbuluna ehtiyac var” (“Palitra”).


Teqlər:





Xəbər lenti