Erməni mafiyasının gizli tarixçəsi

Erməni mafiyasının gizli tarixçəsi
  26 Fevral 2015    Oxunub:19922
Bəhram Çələbi
AzVision.az üçün

Sovet dövründə (xüsusilə Qorbaçovun hakimiyyəti vaxtı) İttifaqın bir çox regionlarında `qanuni oğru`lar dövlət strukturlarından da artıq gücə malik idilər. Daha dəqiq desək, kriminal aləm həqiqətən dövlət içində dövlətə çevrilir və öz əhatə dairəsinə yeni-yeni yaşayış məntəqələrini daxil edirdi. Kriminal avtoritetlərin cəmiyyətdəki çəkisi durmadan artırdı. Dövlətin diqqətindən kənarda qalan `qanuni oğru`lar özləri dövlətə nəzarət etməyə başlayırdılar.

Həbsxanada cəza çəkən sabiq milis polkovniki Bazileviç Anatoli Fyodoroviçin ərizəsindən: "SSRİ KQB-si külli miqdarda rüşvət alan və dövlət əmlakını talayan səlahiyyətli rəhbər işçilərin fəaliyyətini öyrənən cinayət işi aparır. Xahiş edirəm, bu taleyüklü məsələ ilə əlaqədar şöbənizin nümayəndəsinin mənimlə üzbəüz görüşməsinə sərəncam verəsiniz".

Ermənistana mafiya rəhbərlik edirdi

Bazileviçin dediklərindən:

- Moldaviya OBXSS-nin rəisi olarkən bir qanunsuz valyuta əməliyyatının istintaqı ilə əlaqədar turist sifəti ilə Yerevana getmişdim. Orda fəaliyyətim zamanı valyuta ehtiyatlarını Moldovadan Ermənistandakı sərhəd məntəqələri vasitəsilə xarici ölkələrə hansı kanallarla ötürüldüyünü aydınlaşdıra bildim. Araşdırmalarımdan məlum olurdu ki, həmin illərdə SSRİ-nin hər yerindən valyuta xaricə ötürülmək üçün məhz Ermənistana gətirilir. Qiymətli metalların, daş-qaşın xaricə keçirilməsində Ermənistan Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitləri iştirak edirlər. Bu barədə SSRİ Daxili İşlər naziri Şelekova məruzə etdim. O isə mənə tapşırdı ki, bu işə qətiyyən qarışmayım, əks təqdirdə məni heç bir vəchlə xilas edə bilməyəcək. Şelekov onu da əlavə etdi ki, Ermənistan çoxdan bizim əlimizdən çıxıb, orda “qanuni oğruların” hakimiyyətidir. Bütün bunları mənə şəxsi görüşümüzdə Şelekov özü danışıb.

... Ən qəribəsi isə o idi ki, kriminal aləm özünü hardasa əyalətdə deyil, Moskvanın lap mərkəzində biruzə verirdi. Sretenkadakı “Pomidor” kafesi qanuni oğruların "şalmovka" (keyf məclisi qurduqları daimi yer) oylağı idi. Görünür, kriminal aləm o qədər möhkəmlənmişdi ki, artıq gizli fəaliyyət ona darlıq edirdi. Buraya əsasən erməni millətrindən olan oğrular : Rudik və Vaçikos Ohanov qardaşları, Qoqa Yerevanski – “Xudoy”, Qasoyan Xudo Karloviç, Xoesyan Rafik - “Xoy”, Baqdasarov – “Svo”, Rubik Sarkisyan – “Professor”, Poqosyan Qorasio – “Moskvadakı “Armeniya” mağazasının direktoru və sair kimi DTK və Petrovka-38 – də böyük ulduzlar gəzdirən zabitlərin “adamları” toplaşardı...

...Volçok Moskva "Dinamo"sunun sabiq idmancısı idi. Dostları onu "Valka Suxoy List" çağırırdılar. 60-cı illərdə qatı xuliqanlıq üstündə barmaqlıqlar arxasına düşən bu idmançı "blatnoyların" (həqiqi qanuni oğrular özlərini belə adlandırırdılar) həmməsləkinə çevrilmişdi. Kafedə stolların altına bərkidilən “juk”ların, səsyazma cinahzlarının topladığı materialları diqqətlə dinləyəndən sonra aydın oldu ki, Valka KQB-nin qəbul otağına Moskva oğrusu Qoqa Yerevanski və Tonik Çerkasla söhbətdən sonra gedibmiş. Bu vizitin bircə məqsədi vardı - çekistlərlə tanış olmaq.

Çerkas KQB əməkdaşları ilə birbaşa kontakta böyük həvəslə, qorxmadan çıxdı, axı, arxasında Emənistanın ən böyük çinovnikləri dayanırdılar. Qanuni oğru real kriminal dünya barədə çox şeyi aydınlaşdırdı. Toplanmış materialların Andropova məruzəsindən sonra KQB-nin şefi bütün lent yazılarını məhv etmək, Çerkasla əlaqəni tamamilə kəsmək qərarını verdi. Bu qərarın səbəbi KQB əməkdaşlarının çoxu üçün o vaxt qaranlıq qalmışdı. Çox mümkün ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi əbədi rəqiblərinin keçirdiyi əməliyyatdan xəbər tutmuşdular. Amma hər şeydən artıq məntiqi görünəni elə bu idi ki, toplanan məlumatlarda dövlətin səlahiyyətliləri əleyhinə külli miqdarda təhlükəli kompromat vardı.

Çerkas elə şeylər danışmışdı ki, buna inanmaq çox çətin idi. O deyirdi ki, Zaqafqaziya respublikalarından birində - yəni Ermənistanda, məxfi ordu yaradılır. Onlar çox ciddi silahlanaraq döyüş məharətlərini durmadan artırırlar. Bu dəstələrin dalında regionda müharibə alovunu qızışdırmaq istəyən müəyyən qüvvələr durur. Məqsəd respublikalar, xalqlar arasında çaxnaşma salmaqdır.

Dağlıq Qarabağın rayon mərkəzlərindən birində sahə müvəkkili işləyən Hacıyev familiyalı bir sabiq milis işçisi məlumat verirdi ki, Ermənistandan onun işlədiyi rayona bir neçə dəfə vertolyotlarla "Alazan" mərmiləri gətirilib, silah və sursat anbarları yaradılır, rüşvət alan çinovniklərdən külli miqdarda pul yığılaraq Ermənistana ötürülür...

Bu qəbildən olan faktlar həndəsi silsilə ilə artmaqda olduğundan, mütləq qətiyyətli tədbirlər görülməli idi. Lakin o vaxtlar DTK (KQB) əməkdaşları öz rəislərinin ikibaşlı hərəkətlərini dəfələrlə gördüklərindən artıq onlara inanmırdılar. Çünki KQB dən həm cinayət axtarışı xətti ilə saysız-hesabsız məlumat keçirdi. Rəislər isə bir qayda olaraq heç bir iş görmür və "bizim işimiz əks-kəşfiyyatdır, milisə məlumat verin, vəssəlam",- deyib dururdular. Hərdən də heç məlumat vermədən materialların ləğv edilməsini tapşırırdılar. Bəhanələri bu olurdu ki, milisə məlumat verilsə, informasiya mənbəyi mütləq açıqlanacaq. KQB daxilindəki komsomol və partiyadan toplanmış kadrlar çox effektiv "iş birliyi" nümayiş etdirirdilər.

KQB-nin əlinə keçmiş bəzi faktlar bu informasiyanı təsdiq edirdi. Bu qara işlərdə “Xudoy” – Qoqa Yerevanski xüsusi yer tuturdu.

Qəddarlıqları ilə fərqlənən və əsasını ermənilər təşkil edən Qoqa Yerevanskinin banda üzvləri haqda qısaca bir epizodu təsvir etməklə onların iş üsulları ilə tanış ola bilərsiniz. Qruplaşmanın DAM-da çalışan leytenantlarından birinə kommersantdan borclu olduğu məbləği qaytarmağı tələb etmək tapşırılır. O, Qoqanın təcübəsindən istifadə edərək, biznesmenin maşınını yolda saxladaraq, əvvəlcə sadəcə, onu döyür. Sonra hirsini cilovalaya bilməyərək, bıçaqla onun sifətinə, burnuna, qulağına vurmağa başlayır. Bununla da ürəyi rahatlanmayanda onu maşınına itələyərək, od vurur. Qorxudan ağlını itirmək dərəcəsinə ça-tan kommersant alovun qarsadığı salondan çıxmağa çalışsa da, erməni onu geriyə, odun içinə itələyir. Möcüzə nəticəsində maşın partlamır və kommersant sağ qalır, lakin ömürlük şikəst olur.

Qoqa Yerevanskinin sonu

1994-cü ilin yazında paytaxtın möhtəşəm binalarından birinə ortaboylu, əsalı bir qoca daxil oldu və liftə tərəf irəlilədi. Elə bu vaxt ehtiyat qapıdan əli tapançalı cavan bir oğlan irəli atıldı. Gözlənilməzliyə baxmayaraq, qoca elə həmin an baş verənləri anlayaraq, irəli cumub, oğlanın xirtdəyini əlinə keçirməyə çalışdı. Lakin çatdırmadı.

Killer tapançadan iki dəfə atəş açaraq, özünü bayırda gözləyən maşına saldı. Həkimlər yaralanın qəzəblənmiş adamlarının tapançalarının lüləsi altında cidd-cəhdlə çalışsalar da, qoca bir neçə saatdan sonra canını tapşırdı.

Həmin qətl Moskvanı əməlli-başlı silkələdi, səs-küy yaratdı. Çünki Rusiyanın yaşlı `vorzakon`u, hələ Stalin vaxtında 25 il lager almış Qoqa Yeravanski həlak olmuşdu.

Banda üzvləri arasında “Xudoy” ayaması ilə tanınan Qoqa Yerevanski kriminal aləmdə xüsusi yer tuturdu. Bu da təbii idi. Daim depressiyada olan kriminal avtoritetlərin əksəriyyətinin əsəbləri dözmür, onlar ya iynəyə oturur, ya da içkidən ayılmağa vaxt tapmırdılar. Təbii ki, belələrinin oğru aləminin zirvəsinə yüksəlmək imkanı yox idi. Amma “Xudoy” yüksəlmişdi. Çünki Moskvada Paşa Tsiruldan sonra ən imkanlı avtoritet sayılırdı. Paytaxtda yaşayan ermənilərin doxsan faizi hər ay, yaxud hər kvartal Qoqanın “payı”nı təyin olunmuş briqadirlərə çatdırırdılar. Onu tora salmaq, canavarı əliyalın tutmaq qədər çətin idi.

Bir müddət vardı ki, erməni kriminal avtoritetlər KQB-nin nəfəsini daim öz peysərlərində hiss edirdilər. Ən yığcam oğru məclislərində belə agentlərin iştirak edə biləcəyi onlar üçün inanılmaz bir şey deyildi. Elə olurdu ki, şübhələnir, öz yaxın adamlarını da KQB ilə əməkdaşlıqda ittiham edərək haqq-hesab çəkirdilər...

Əlbəttə, bütün bu şübhələr tamamilə əsasız deyildi. Qoqanın bu sahədə duyumuna həsəd aparmaq olardı. Lakin bir var təhlükəni hiss edəsən, biri də var onun haradan gəldiyini dəqiq aydınlaşdırasan. Bax bu məsələdə “Xudoy” öz gücsüzlüyünü gördü.

Deyilənlərə görə, son vaxt Qoqa Yerevanski “qaynar nöqtə”lərdən alınan silah alverinə və Moskvada narkotik dövriyyəsinə nəzarət edirmiş. Bratva arasında belə söz dolaşmağa başlamışdı ki, Qoqanı gizli milis bölməsi olan "Belaya strela"nın “astar”ları (oborotni) qətlə yetirib. Sonradan aparılan araşdırmalar zamanı məlum oldu ki, “Xudoy”u həqiqətən də Daxili İşlər İdarəsində çalışan Maksim Boqdanov adlı milis əməkdaşı güllələyib. Ancaq sifariş onunçün rəhbərlik tərəfindən deyil, Yerevanski ilə maraqla-rı toqquşan çeçen avtoritetləri tərəfindən edilib.

`Vorzakon`un aradan götürülməsi üçün çox biabırçı bir məbləğ – 6 min dollar verilmişdi ki, onun da yalnız 2 min dolları atəş açan Boqdanova çatmışdı. Killerin podelnikləri də vardı... Ali Milis məktəbinin kursantları boş vaxtalarında sifarişli qətllər yerinə yetirməklə məşğul olurlarmış. İstintaqa olan materillara görə, məktəbin ən azı 8-9 kursantı killer kimi fəaliyyət göstərirmiş. Həm çeçenlərə, həm də Qoqanın briqadirlrinə qulluq göstərən gələcək leytenantları yalnız həmin dövrlərdə az tapılan dollar maraqlandırırdı.

Kimi aradan götürdüyündən Boqdanov yalnız qəzetləri oxuduqdan sonra xəbər tutur. Lakin yaxalandıqda əməliyyatçıların qabağında bir qə-dər pafosla bu kəlmələri deyir: “Sizin bacarmadğınız işi görmüş, birini də olsa, öldürmüşəm!” Əslində “Belaya strela” milisləri ideya uğrunda işlə-mir, sadəcə, pul qazanmaq naminə tətiyi basırdılar...

Qoqanın qruplaşması Moskvaətrafının digər bandalarından köklü surətdə fərqlənirdi. Qəddarlıqları ilə fərqlənən bu leytenantlar xüsusi yataqxanalarda yaşayır, məvacibləri ayın sonunadək yetmədiyindən istənilən təklifə “ hə” deyirdilər. Silahlar məhz yataqxanada saxlanılırdı, kursantlar narkotik və silah alverilə də məşğul olurdular. Bu işdə onlar əsasən çeçen dəstələrinin üzvləri ilə iş birliyi qurmuşdular.

Kursantlar dərslərə silahla gəlirdilər və bunu nəzarət strukturlarında işlədikləri ilə əlaqələndi-rirdilər. Qoqa qruplaşmasının üzvlərinin bir neçəsi milis məktəbinin 1994-cü il məzunları idi. Hərəsi DİN-nin bir strukturuna səpələnsə də, cinayətkar əməlləri bütün bu illər ərzində onları “Xudoy”un dəstəsində birləşdirirdi.

Əsas təyinatları sifarişli qətllər olan qruplaşma üzvlərindən ikisi DAM əməkdaşları tərəfindən yaxalanırlar. Maşın ciddi yoxlanmadan ke-çirilir. Nəticədə avtomobildə gizli yer aşkar edilir və oradan tapılan ta-pança ilə həmin ərəfədə Yaroslav avtoriteti Vitya Qomelskinin qətlə yeti-rilməsinin sübutları aşkarlanır, məlum olur ki, Qoqanı da həmin tapançadan açılan atəşlə öldürüblər.


Teqlər:  





Xəbər lenti