Almaniyada Türkiyə konsulluğuna hücum edildi

Almaniyada Türkiyə konsulluğuna hücum edildi
  29 Noyabr 2015    Oxunub:2511
Türkiyənin Almaniyada fəaliyyət göstərən baş konsulluğuna hücum edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum şəxslər konsulluğun binasına yandırıcı maddə atıblar. İstirahət günü olduğundan konsulluğun binası boş olub və heç kim xəsarət almayıb.

Hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil. Polis faktla bağlı araşdırma aparır.

AzVision.az


Teqlər:  





Xəbər lenti