Parisdə qarşıdurma: 100 nəfər saxlanıldı

Parisdə qarşıdurma: 100 nəfər saxlanıldı
  30 Noyabr 2015    Oxunub:1353
Noyabrın 29-da Parisdə ətraf mühitin mühafizəsinə həsr olunmuş nümayiş keçirilib.
Dinc nümayiş zamanı bir qrup maskalı şəxs Respublika meydanına daxil olaraq “Fövqəladə vəziyyət, polis! Bizim nümayiş etmək hüququmuzu poza bilməzlər” deyə qışqırmağa və polisə daş, şüşə butulkalar atmağa başlayıblar. Bununla da aksiya iştirakçıları dinc nümayiş qaydalarını pozaraq polislə qarşıdurma yaradıblar.

İcazəsiz aksiyanın təxminən 100 nəfər iştirakçısını saxlayıb. Respublika meydanında gərgin vəziyyət hələ də davam edir.

Xatırladaq ki, Parisdə törədilən terror aktlarından sonra üç ay ərzində fövqəladə vəziyyət elan olunub və nümayiş keçirmək qadağan edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti