AZAL-ın dövlətə 650 milyondan çox borcu var

AZAL-ın dövlətə 650 milyondan çox borcu var
  31 May 2016    Oxunub:2207
“AZAL-ın dövlət zəmanətli borclarının həcmi 650 milyon manatdan çoxdur”.

AzVision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, AZAL-la bağlı məsələ daim hökumətin diqqətindədir: “AZAL-a dövlət tərəfindən mütəmadi yardımlar göstərilir. Bura həm güzəştli şərtlərlə yanacağın satılması, həm dövlət zəmanəti ilə kreditlərin verilməsi və müyyən dövrlərdə borclanrın silinməsi daxildir.

Qeyd edim ki, AZAL-ın dövlət zəmanətli borclarının həcmi 650 mln. manatdan artıqdır. Bu vəsaitlər yeni təyyarələrin alınması və digər məqsədlərə istifadə olunmalıdır. Həmin təyyarələrdən səmərəli istifadə etmək, şirkətin gəlirliliyinin artılmasına şirkət tərəfindən üstünlük verilməlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti