Haylar və Hitler - KARİKATURA

Almanlara məhəbbətlərini bildirməkdən ötrü ermənilər Yerevan şəhərində 2016-c il 28 may tarixində II Dünya müharibəsindən sonra müharibə cinayətlərini törətməkdə və nasistlərlə işbirliyində ittiham olunan, on minlərlə azərbaycanlının, kürdün, yəhudinin, ləzginin və keçmiş SSRİ-nin Qafgaz regionunda yaşayan, milliyyəti erməni olmayan insanların qətliamında fəal iştirak etmiş Qaregin Nijdenin heykəlinin açılışını qeyd ediblər.
Nijde Hitler hakimiyyətə gəldikdən sonra “Tsekaqron” adlanan və Hitler hakimiyyətini dəstəkləyən təşkilatın əsasını qoymuş, sonra Vermaxtın tərkibində Erməni batalyonunun yaradılmasına başlamışdır.
Ermənilərdən təşkil olunmuş bu nasist batalyonu Ukrayna və Polşada müqavimət hərəkatına qarşı aparılan cəza əməliyyatlarında iştirak etmişdir.
Daha sonra batalyon birləşmiş qüvvələrə qarşı mübarizəni davam etdirərək Şimali Qafqaza köçürülmüşdür.