“Bəzi qüvvələr vəhdətimizə mane olmaq istəyir”

“Bəzi qüvvələr vəhdətimizə mane olmaq istəyir”
  06 İyul 2016    Oxunub:1568
“Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, ölkədə sünni və şiə məzhəbinin daşıyıcıları bəzən başqa dövlətlərinin təsiri nəticəsində bayramları ayrı-ayrı günlərdə qeyd edirdilər:

“Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasından bizə göstərdiyi vaxta uyğun olaraq başqa dövlətlərin üfüqünü götürmədən biz birinci dəfə idi ki, bu gün Azərbaycanın bütün məscidlərində bir gündə, bir vaxtda namaz qıldıq. Bu da bizim vəhdətimizi göstərir”.

Şeyx əlavə edib ki, dünyanın heç yerində bu cür vəhdət yoxdur: “Bu da bizim tolerantlığımızı göstərir. Bizim böyük düşmənimiz, Qarabağ boyda dərdimiz var. Tezliklə torpaqlarımızın işğaldan azad olunmasını Allah bizə nəsib etsin.

Namazların eyni vaxtda qılınması və azanın eyni vaxtda verilməsi bizim üçün çox mühümdür. Bizdə vəhdət var və bəzi qüvvələr buna mane olmaq istəyir. Lakin heç kim bu vəhdəti qıra bilməz. Bunu istəyən Allahdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti