“ASAN məktub” bayramda uşaqları sevindirdi - FOTO

“ASAN məktub” bayramda uşaqları sevindirdi - FOTO
  08 İyul 2016    Oxunub:2383
ASAN Məktub Ramazan bayramında da uşaqların sevincinə səbəb olub. Belə ki, Yevlax rayonundan olan sosial cəhətdən həssas qruplara aid 71 uşaq istək və arzularını ASAN Məktuba ünvanlayıb.
Ünvanlanmış məktublar xeyirsevər vətəndaşlar tərəfindən öhdəçiliyə götürülüb. Layihədə “ASAN Qasid” kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 71 hədiyyə öz balaca sahiblərinə çatıdırılıb və öhdəçi vətəndaşlara hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkillər e-poçt və digər əlaqə vasitələri ilə göndərilib.

Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi, heç bir maddi qazanc güdmədən 14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini həyata keçirməkdir.



AzVision.az


Teqlər:  





Xəbər lenti