`Azneft` nazirliyin ittihamına cavab verdi

`Azneft` nazirliyin ittihamına cavab verdi
  13 İyul 2016    Oxunub:2525
“Azneft” İstehsalat Birliyi “Neft Daşları” neft-qaz çıxarma idarəsinin (NQÇİ) estakadayanı və ayrıca meydançalarında formalaşan məişət-fekal tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılması haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı məlumata aydınlıq gətirib.
Birliyin ictimaiyyətlə əlaqələr üzrə təmsilçisi Vurğun Həsənli AzVision.az-a açıqlamasında bildirib ki, 516 saylı meydançadakı quyularda qazın nəqli (sıxılması) zamanı istifadə olunan nasoslar sıradan çıxdığı üçün problem yaranıb.

Qurum rəsmisinin sözlərinə görə, nasoslar yenilənib və problem aradan qaldırılıb.

“Artıq drenaj sistemi qurulub və yağ axıtmayacaq. 2272 nömrəli quyuda isə iş yekunlaşmaq üzrədir. Bununla bağlı sabah “Azneft”in neft-qaz çıxartma idarələri üzrə müşavirə çağırılıb. Ekoloji problemin bir daha təkrarlanmaması, ekoloji pozuntuya yol verilməməsi üçün müşavirə keçiriləcək.

NQÇİ-lərin ekologiya üzrə idarə rəisi və müavinləri iştirak edəcək və SOCAR-ın ekoloji siyasətinə uyğun olaraq proqramın qəbul olunması nəzərdə tutulur”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti