Konsulluqdan Lənkəranski ilə bağlı Açıqlama

Konsulluqdan Lənkəranski ilə bağlı Açıqlama
  18 Avqust 2016    Oxunub:7445
Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan Rövşən Canıyevin (Lənkəranski) ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.
Konsulluqdan AzVision.az-a verilən məlumata görə, azərbaycanlı avtoritet Rövşən Canıyevin ölümü haqda onlara məlumat daxil olmayıb.

İstanbul Şişli Etfal Xəstəxanasından isə əməkdaşımıza bildirilib ki, Rövşən Canıyev hazırda reanimasiya şöbəsindədir: “Onun yaşaması üçün dua edirik”.

Qeyd edək ki, İstanbulda Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.

Yerli KİV-də hadisə nəticəsində Rövşən Canıyevin (Lənkəranski) dünyasını dəyişməsi haqda məlumatlar yayılıb.

Məlumatların bir-birinin ardınca təkzib olunması müəmmalı vəziyyət yaradıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti