Prezidentin vəzifə verdiyi Aslanov kimdir? - Dosye

Prezidentin vəzifə verdiyi Aslanov kimdir? - Dosye
  02 Sentyabr 2016    Oxunub:80366
Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) yeni sədr müavini təyin edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Aslanov Vüsal Yusif oğlu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun müavini vəzifəsinə gətirilib.

AzVision.az-ın məlumatına görə, V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb.

2004-cü ildən “Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.

2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə “Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.

V.Aslanov 2010-2014 illərdə “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə “Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, “Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək “Azərbaycan Dəmir Yolları” QSC-nin Sədrinin müşaviri kimi fəaliyyət göstərib.

Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini vəzifəsinə təyin edilib.

Evlidir, 3 övladı var.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti