ANAMA-dan
AzVision.az-a verilən məlumata görə, 115 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Nəticədə 127 min 712 qəlpə, 73 PHS (5 ədəd 82 millimetrlik minaatan mərmisi (OF-832), 25 ədəd 82 millimetrlik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 millimetrlik minaatan mərmisi (OF-843), 2 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 11 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 millimetrlik zenit top mərmisi (OFZT), 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 millimetrlik silah qumbarası (VOQ-17) 1 ədəd 122 millimetrlik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 26 ədəd piyada əleyhinə mina (OZM-72) və 140 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 109 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.
İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 milyon 703 min 201 kvadratmetr ərazi tam təmizlənib, 1 milyon 481 min 940 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Təmizləmə əməliyyatlarının iyunun sonunadək tamamlanması planlaşdırılır.
AzVision.az