Nyu-Yorkda Əliyev-Sarkisyan görüşü müzakirə olundu - Yenilənib
Görüş əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.
Həmçinin, Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bir daha vurğulayıb.
***
(21:24)
Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.
XİN rəsmisi bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilir.
AzVision.az
Teqlər: XİN Məmmədyarov Naldandyan Qarabağ