Siyəzəndə 3 avtomobil yolu yenidən qurulur
Yolun torpaq və çınqıl örtüklü olması səbəbindən gediş-gəlişlə bağlı daim problemlər yaşandığındanyolun əsaslı şəkildə bərpasına ehtiyac var idi. Bu üzdən yolun yenidən tikintisi 4 yaşayış məntəqəsinin 8 minə yaxın əhalisinin ürəyincə olub.
Hazırda layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır ki, bunun üçün kənardan xüsusi çınqıl material daşınaraq yola yayılır və kipləşdirmə işləri aparılır. Torpaq işlərinin həcmi 117 min kub m-dir. Tikinti işləri çərçivəsində yolun altından suların ötürülməsini təmin edən mövcud suötürücü dəmir-beton boruların bərpası və təmiri də nəzərdə tutulub.
Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün 100 min kv.m-dən artıq sahəyə salınması işləri aparılacaq.
Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə, layihədə yol boyu 119 ədədyol nişanı və 684 ədəd siqnal dirəkləri quraşdırılacaq, 51 km üfüqi nişanlanma xətləri çəkiləcək.
Sözügedən yolun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşlarımızın rahat gediş-gəlişi təmin olunsun, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etmək mümkün olsun.
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud olan tikinti norma və qaydalarına uyğun yeksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün tikinti ərazilərinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
AzVision.az