Prezident seçkilərini 1300-ə yaxın müşahidəçi izləyəcək
M.Pənahov bildirib ki, hazırda MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidçilərin sayı 543 nəfərdir: "Bir sıra beynəlxalq müşahidəçilərin sənədləri MSK-da baxılmaqdadır. Ona görə də beynəlxalq müşahidəçilərin sayının artacağı istisna edilmir"
MSK sədri bildirib ki, seçkiləri 51 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək. M.Pənahovun sözlərinə görə, dairə seçki komissiyalarına müşahidə aparmaq üçün 53900 müraciət daxil olub və onların hamısına müsbət cavab verilib. Bu müşahidəçilərdən 6-sı prezidentliyə namizədlər olmaqla, ümumilikdə 12 siyasi partiyanı təmsil edir.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Məzahir-Pənahov