Fond İsmayıllıda iftar süfrəsi təşkil edilib
İftar süfrəsi müqəddəs Qurani-Kərim tilavəti ilə başlayıb. Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayaraq Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının bu sahədə atılmış mütərəqqi addım olduğunu bildirib.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun fəaliyyəti haqqında geniş məlumat verərək Prezident İlham Əliyevin mənəvi sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda, ölkəmizdə dini-mənəvi mühitdə mövcud olan nümunəvilik dinləyicilərin diqqətinə çatdırılıb.
Daha sonra çıxış edən QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov təşkil edilmiş iftar süfrəsinə görə minnətdarlığını bildirib və Ramazan ayının mahiyyəti haqqında danışıb.
Sonda şəhidlərin ruhuna dualar edilib.
AzVision.az
Teqlər: İftar