“Uşaqlar məktəbdə yaxşı oxumalıdır” - İlham Əliyev (Yenilənib)
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində məktəbin bir qrup müəllim və şagirdi ilə görüşü zamanı deyib.
Prezident vurğulayıb ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib: “Bu təhsil sahəsinə çox böyük töhvədir. Bir halda kı, belə bir gözəl şərait var, uşaqlar məktəbdə yaxşı oxumalıdır. Məktəb eyni zamanda müəllimlərin iş yeridir və müəllimlərin şəraiti yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayı, bu peşənin hörməti artır. Bu, çox sevindirici haldır. Çünki, müəllim uşaqların, gənclərin tərbiyə olunmasında valideynlərlə bərabər aparıcı rol oynayır”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: İlham-Əliyev Məktəb Təhsil