DGK sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirdi
Bundan başqa, mövcud qanunvericiliyə görə xaricdən ölkəyə gətirilən heyvanların gömrük rəsmiləşdirilməsinin qeyri-iş saatlarında həyata keçirilməsi və sahibinə təhvil verilməsi üçün həmin heyvanın sahibi və ya onun səlahiyyətli nümayəndəsi əvvəlcədən gömrük orqanına rəsmi şəkildə müraciət etməlidir. Aparılan araşdırma zamanı məlum olub ki, həmin şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin gömrük orqanlarına bu mövzuda müraciəti daxil olmayıb və itin sahibi olan xanım da bunu təsdiq edir.
Onu da qeyd edək ki, yükü daşıyan təyyarə saat 03:40-da hava limanına eniş edib, yükün sahibi olan vətəndaş isə saat 05:15-də terminala yaxınlaşıb. Vətəndaş gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etmədiyindən ona bu sənədin tərtib olunaraq gömrük orqanına təhvil verilməsi bildirilib. Sənəd təqdim edildikdən sonra gömrük rəsmiləşdirilməsi operativ şəkildə həyata keçirilərək ev heyvanı sahibinə təhvil verilib.
Azvision.az