Bakıda bir neçə bağça müdirəsinə töhmət verilib
Məsələnin ciddiliyi nəzərə alınaraq Şəhər İcra Hakimiyyətində operativ müşavirə keçirilmiş, Məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətinin yerində araşdırılması üçün Komissiya yaradılan, bu işlərdə prinsipiallıq göstərməyən bir neçə bağça müdirəsinə töhmət verilib, Bakı Şəhər Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin rəhbərliyi ciddi xəbərdarlıq edilib.
Müşavirədə xüsusi olaraq qeyd olunub ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bununla əlaqədar Yeni il ərəfəsində bağçalara verilən ərzaqların keyfiyyəti və çeşidlərinin artırılması üçün əlavə tədbirlər görülür.
Eyni zamanda Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumların rəhbərləri Şəhər İcra Hakimiyyətinə dəvət olunaraq məsələ ilə bağlı xəbərdarlıq ediliblər. Hazırda Komissiya tərəfindən bağçalardakı ərzaqların keyfiyyətinin yoxlanılması ilə bağlı reydlər keçirir.
Azvision.az