“Söz azadlığından xalqı təhqir etmək üçün istifadə edirlər” - Əli Əhmədov
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini Əli Əhmədov gənclərlə görüşündə deyib.
YAP-ın icra katibi radikal müxalifətə səslənərək deyib: "Mən cəmiyyətin kiçik bir hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir və bu azadlıqdan istifadə etmək istəyənlər özlərinə xas şəkildə edirlər. Ancaq bu hüquqlardan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyətinə düşən qüvvələr də var. Müxalifətin bir hissəsi olan radikal müxalifət mitinqdən qarşıdurma yaratmaq üçün istifadə edir. Onlar söz və fikir azadlığından Azərbaycan vətəndaşlarını, Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər. Öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Bu mənada Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər bu həqiqətləri öz həmyaşıdlarına, dostlarına izah etməyə borcludurlar".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Əli-Əhmədov YAP