Azvision.az -ın məlumatına görə, komitə sədri bildirib ki, Nizami rayonu ərazisində çox gözəl park salınıb: “Bu təşəbbüs təqdir edilməlidir. Amma kimsə gəlib orada şlaqbaum qoyub ki, buradan avtomobil getməsin. Bundan bələdiyyələrin xəbəri var? Yəqin ki, orada yaşayan əhalinin avtomobilləri varsa, kart almalıdır. Tutaq ki, birinin ağır yükü var, taksi ilə gəlmək istəyir, necə olacaq? Yaxud təcili tibbi yardım maşını lazım olsa, bu məsələ necə tənzimlənəcək? Ümumiyyətlə, bu dayanacaqların bir əsasnaməsi olmalıdır”.
Anar Kəlbiyev
Azvision.az