Gəncənin icra başçısı ordenlə təltif olundu - FOTOLAR
Daha sonra Rus icmasının sədr müavini Boris Voronin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, şəhər və bölgələrdəki rus icmasına, əmək və müharibə veteranlarına göstərdiyi böyük köməyə görə “Şərəf və ləyaqət” ordenini təqdim edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov öz növbəsində əməyinin yüksək qiymətləndirildiyinə görə qonaqlara təşəkkürünü bildirib.
Şəhərin rus icmasına göstərdiyi daimi köməyə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov isə I dərəcəli fəxri diplomla mükafatlandırılıb. Sonda xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Azvision.az
Teqlər: Gəncə