Yeni metro stansiyası gələn il açılacaq
Qurum rəsmisi bildirib ki, stansiyanın istifadəyə veriləcəyi vaxt dəqiq məlum deyil: "Stansiyanın açılışı bu il gözlənilmir. İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara səbəb olur. Hazırda tamamlanma işləri aparılır. Stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri gedir. Əgər başqa təbii və geoloji problemlər yaranmazsa, gələn il stansiyanın açılışı gözlənilə bilər".
Azvision.az