Məişət zorakılığı ilə bağlı cinayətlər 21 faiz artıb
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, məişət zorakılığı ilə bağlı cinayətlərin 11,9 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 3,1 faizi sərxoş vəziyyətdə törədilib.
Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 21,6 faiz artaraq 699 nəfər olub ki, onların da 78,5 faizini qadınlar, 1,9 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib.
Bu cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin sayında Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 18,8 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 15,4 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 12,9 faiz azalma, Bakı şəhəri üzrə 28,3 faiz, Lənkəran iqtisadi rayonu üzrə 2,0 dəfə, Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 1,7 dəfə, Aran iqtisadi rayonu üzrə 24,2 faiz, Abşeron iqtisadi rayonu üzrə 23,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə isə 13,0 faiz artım müşahidə olunub.
Aytən Zəhra
Azvision.az
Teqlər: Cinayət Statistika Kriminal