Polşada azərbaycanlı iş adamları ilə görüş keçirilib
Assosiasiyanın rəhbəri Xəlil Həsənov qonaqları ofislə tanış edib, görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı ətrafl məlumat verib. Bildirib ki, əsas məqsəd Polşada yaşayan azərbaycanlıları bir araya gətirmək və fəaliyyətlərini mərkəzləşdirməkdir.
Polşa Azərbaycanlıları Assosiasiyası 2019-cu ildə paytaxt Varşavada təsis edilib və
öz ətrafında əsasən Polşada yaşayan azərbaycanlı iş adamlarını birləşdirir.
Mərkəzi ofisin açılışından sonra buraya toplaşan azərbaycanlı iş adamları ilə görüş keçirilib.
Komitə sədri Polşa Azərbaycanlıları Assosiasiyasının əhəmiyyətindən danışıb və azərbaycanlıların birləşməsi üçün onun fəaliyyətini vacib saydığını vurğulayıb.
O, çıxışında Polşada yaşayan azərbaycanlılar, onların yaratdıqları təşkilatlar haqqında danışıb, eyni zamanda ehtiyac olacağı təqdirdə burada da həftəsonu Azərbaycan məktəblərinin açılmasına Komitənin dəstək olacağını qeyd edib.
F.Muradov bildirib ki, xaricdə yaşayan hər bir soydaşımız Komitənin diqqətindədir.
Tədbir iştirakçılarına Azərbaycan Diasporuna Dəstək Fondu haqqında fondun
icraçı direktoru Elşad Əliyev geniş məlumat verib.
Həsən Həsənov mərkəzi ofisin açılışı münasibətilə təbriklərini çatdıraraq bildirib ki, səfirlik Polşada yaşayan azərbaycanlıların birgə fəaliyyəti, cəmiyyətə inteqrasiya olunmaları işində Polşa Azərbaycanlıları Assosiasiyası ilə əməkdaşlığa hazırdır.
Səfir Komitə sədrinin Polşaya səfərini yüksək qiymətləndirib, bu ölkədə təhsil alan, yaşayıb çalışan azərbaycanlılıların sayının getdikcə artdığını, artıq 200-ə yaxın azərbaycanlının Polşa Respublikasının vətəndaşı olduğunu diqqətə çatdırıb.
Sonda F.Muradov Polşa Azərbaycanlıları Assosiasiyasına tarix və mədəniyyətimizi
təbliğ edən kitablar bağışlayıb.
Görüş geniş fikir mübadiləsi ilə yekunlaşıb.
Azvision.az
Teqlər: