Nazirlər Kabinetinin Yeni il bayramı ilə bağlı qərarının izahı
Bildirilir ki, istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarın 1 ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır.
Həmçinin qeyd olunur ki, 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam isə martın 20, 21, 22, 23, 24-nü Novruz bayramı münasibətilə 5 gün qeyri-iş günü müəyyənləşdirib. Bu Sərəncamın da əvvəldən elan edilməsi vətəndaşların bayram günlərini səmərəli planlaşdırmasına xidmət edir.
Sərəncamla mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.
Azvision.az
Teqlər: NazirlərKabineti