Birdəfəlik ödəniş alanların sayı 290 minə çatdı
İlkin mərhələdə 200 min şəxsə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb,600 min şəxsəaprel və may ayları üçün birdəfəlik ödəniş ediləcək.
Aprel ayı üzrə ödənişlərin bu ayın sonu – gələn ayın əvvəlləri yekunlaşdırılması təmin olunacaq.
Hazırda hər bir ödəniş edilən şəxsin telefon nömrəsinə bu barədə SMS göndərilir. O bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.
Birdəfəlik ödəmələrin verilməsi prosesi hər gün davam edir.
Azvision.az
Teqlər: ƏƏSMN