TƏBİB rəsmisi: “Vəziyyət yenidən pisləşə bilər”
Onun sözlərinə görə, 11-17 may tarixləri arasında 755 yoluxma olub və bu, bir həftə üçün böyük nəticədir.
"Biz karantin qaydalarını yumşaldırıq. Lakin tibbi olaraq bu gündən sonra nə baş verəcəyi insanlardan asılıdır. Xəstə sayı artarsa, onlara yetəri qədər xidmət göstərmək çətin olacaq. Modul tipli xəstəxanaların açılması ilə çarpayı sayı artıb, son avadanlıqlar gətirilib, maska problemimiz qalmayıb. Vətəndaşlar qaydalara əməl etməsə, vəziyyət yenidən pisləşə bilər".
Aytən Zəhra
Azvision.az
Teqlər: TƏBİB