Vasif Talıbov: “Bu gün hər kəs ordumuzla qürur duyur”
Ali Məclis Sədrinin sözlərinə görə, son illər muxtar respublikada ordu quruculuğu sahəsində görülən tədbirlər, Günnüt əməliyyatı, Sədərək rayonunda torpaqların işğaldan azad olunması, sərhədlərin möhkəmləndirilməsi və digər tədbirlər bir daha təsdiq etdi ki, Əlahiddə Ümumqoşun Ordunun yaradılması və fəaliyyəti mühüm əhəmiyyətə malikdir:
"Bütün bunlar ölkə Prezidentinin muxtar respublikanın müdafiə təhlükəsizliyinin təmin olunmasına göstərdiyi diqqətin nəticəsidir. Əlahiddə Ümumqoşun Ordunun yaradılması ilə muxtar respublikada mərkəzi qərargah və təlim-tədris mərkəzi təşkil edilib, Silahlı Qüvvələrimizin Naxçıvandakı bütün ordu, birləşmə və hissələrinin daxil olduğu Naxçıvan Hərbi Qarnizonu formalaşıb, vahid fəaliyyət proqramı müəyyənləşdirilib. 26 İyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Bu gün hər kəs ordumuzla qürur duyur, Silahlı Qüvvələr Günü bayram kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 25 iyun tarixli Sərəncamına əsasən Naxçıvan Hərbi Qarnizonunun rəisi Kərəm Nəriman oğlu Mustafayevə general-polkovnik ali hərbi rütbəsi verilib, digər Sərəncamla isə 5 zabit orden və medallarla təltif olunub".
Azvision.az
Teqlər: Naxçıvan Vasif-Talıbov