Aktiv koronavirus xəstələrinin sayı xeyli azalıb
Bildirilib ki, son sutkada koronavirusa görə 7883 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 759 min 129-a çatıb.
Reanimasiyada olan xəstə sayı 255, süni tənəffüs cihazında olan xəstə sayı 51 nəfərdir.
Hazırkı dövrədək ölkəmizdə 33 min 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 28 min 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib. Aktiv xəstə sayı 3787 nəfərdir.
Azvision.az
Teqlər: TƏBİB Koronavirus