Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, A.Alvi bölgədəki hadisələrin soyqırımına doğru inkişaf etdiyini vurğulayıb, misal olaraq Dağlıq Qarabağda və Bosniyada törədilən soyqırımlara toxunub. O, Dağlıq Qarabağda da əvvəlcə təcrid siyasətinin aparıldığını, sonra soyqırımının həyata keçirildiyi, sonda isə bölgənin demoqrafik vəziyyətinin dəyişdirildiyini diqqətə çatdırıb.
Pakistan Prezidenti çıxışında kəşmirlilərə verdikləri dəstəyə görə BMT-nin Baş katibinə, Azərbaycan, Türkiyə, Çin, Malayziya və İrana minnətdarlığını ifadə edib.
Azvision.az