“Bu gün Goranboy, Tərtər, Ağcabədi və Bərdəyə 50-yə yaxın mərmi atılıb”
Prezidentin köməkçisi bildirib ki, Ermənistan silahlı qüvvələri bu gün Azərbaycanın Bərdə və Tərtər şəhərlərini “Smerç” raketindən atəşə tutulub: "Terror aktı nəticəsində biri uşaq olmaqla dörd mülki vətəndaş həlak olub, xeyli sayda insan yaralanıb. Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Bu da mülki əhali arasında itkinin çox olmasına hesablanıb. Ermənistan Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizdir, ona görə də mülki əhalini hədəf seçir".
H.Hacıyev qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın Goranboy, Tərtər, Ağcabədi və Bərdə rayonlarına 50-yə qədər mərmi atıb. Ermənistanın hücumları nəticəsində ümumilikdə indiyədək 69 mülki şəxs həyatını itirib, 322 mülki şəxs yaralanıb.
Azvision.az
Teqlər: Hikmət-Hacıyev