“Xüsusi Sessiyanın keçirilməsi möhtəşəm uğurdur” - Prezident
Dövlətimizin başçısı deyib: “Bunun bariz nümunəsi Qoşulmama Hərəkatı tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətlərinin böyük dəstəyidir. Digər məsələlərlə yanaşı, bu, Qoşulmama Hərəkatının üzv dövlətlərinin möhtəşəm uğurudur. Çünki biz bu il həm də beynəlxalq əməkdaşlığın təşviqini özündə ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyini qeyd edirik. Bununla əlaqədar, Xüsusi Sessiyanın keçirilməsinə verdikləri dəstəyə görə mən Hərəkat adından BMT-nin üzv dövlətlərinə və Baş Assambleyanın Sədrinə səmimi təşəkkürümüzü bildirmək istərdim”.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev