"ASAN xidmət" Heydər Əiyevlə bağlı silsilə tədbirləri davam etdirir
“ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "İntellektual çoxnövçülük üzrə I ASANçılar marafonu" və könüllülər arasında “Xəmsə”, “Nə? Harada? Nə zaman?” bilik yarışmaları təşkil olunub.
Ağacəkmə aksiyaları, şahmat turniri, inşa müsabiqəsi, müxtəlif görüşlər, "Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər" mövzusunda elmi-praktik konfransı və “Heydər Əliyev və Azərbaycan dili” adlı natiqlik turniri həyata keçirilib.
Eyni zamanda rəsm sərgiləri təşkil edilib. Ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunan sənədli filmlərin nümayişi gerçəkləşib və “Ulu Öndər Heydər Əliyevin 98 illiyinə həsr olunmuş Gənclər Simpoziumu” layihəsi həyata keçirilir.
Respublikanın regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.
Azvision.az
Teqlər: ASANxidmət