BMT Olenivkaya ekspertlər göndərməyə hazırdır

BMT Olenivkaya ekspertlər göndərməyə hazırdır
  30 İyul 2022    Oxunub:2011
BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq təşkilatın Olenivka qəsəbəsində 120 saylı islah koloniyasının atəşə tutulmasını araşdırmaq üçün Ukraynanın Donetsk vilayətinə ekspertlər göndərməyə hazır olduğunu açıqlayıb.
AzVision.az bu barədə diplomatın bəyanatına istinadən xəbər verir.

“Olenivkadakı islah koloniyasında baş vermiş faciə ilə bağlı biz tərəflərin razılığını tələb edən araşdırma aparmağa qadir olan ekspertlər qrupunu göndərməyə hazırıq”, - deyə BMT rəsmisi bildirib.

Haq əlavə edib ki, BMT Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüslərini tam dəstəkləyir.

AzVision.az



Teqlər: BMT   Olenivka  



Xəbər lenti