Polşa Ukraynaya səkkiz “Krab” verəcək

Polşa Ukraynaya səkkiz “Krab” verəcək
  30 İyul 2022    Oxunub:1217
Polşa Ukraynaya səkkiz “Krab” özüyeriyən haubitsanı havayı verəcək.
AzVision.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd olunub ki, iyun ayında Kiyevlə imzalanmış müqavilədə göstərilən avadanlıqlar artıq alıcıya təhvil verilməyə hazırdır və hazırda son rəsmiləşdirmələr aparılır, bundan sonra haubitsalar Ukrayna ərazisinə çatdırılacaq.

Hazırda bir qrup Ukrayna hərbçisi Polşada “Krab” özüyeriyən silahlarından istifadə və onlara xidmətlə bağlı təlim keçir. Silahlar Ukrayna tərəfinə pulsuz olaraq təhvil veriləcək.

AzVision.az



Teqlər: Polşa   Krab  



Xəbər lenti