Rusiyanın qərargahı vuruldu: Yaralılar var

   Rusiyanın qərargahı vuruldu:    Yaralılar var
  31 İyul 2022    Oxunub:1859
Rusiyanın Qara dəniz Donanmasının qərargahına pilotsuz uçuş aparatından zərbə endirilib.
AzVision.az xəbər verir ki, bu barədə Sevastapol qubernatoru Mixail Razvojayev “Telegram”da paylaşım edib.

Məlumata görə, nəticədə 5 nəfər yaralanıb.

Təhlükəsizliklə əlaqədar Rusiya Hərbi-Dəniz Donanması Gününə həsr olunmuş təntənəli tədbirlər ləğv edilib.

Ukrayna Baş Qərargahı hələlik məsələ ilə bağlı məlumat yaymayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti