İran və Əfqanıstan sərhədində silahlı insident baş verib

İran və Əfqanıstan sərhədində silahlı insident baş verib
  31 İyul 2022    Oxunub:1443
Bu gün günortadan sonra İranla Əfqanıstan sərhədində iki ölkə sərhədçiləri arasında silahlı insident baş verib.
AzVision.az -ın məlumatına görə, bu barədə İranın yerli rəsmilərindən biri IRNA-ya açıqlama verib.

İranlı rəsminin açıqlamasına görə, İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Hirmənd rayonu sərhədində Əfqanıstan qüvvələri İran sərhədini keçmək istəyiblər. Silahlı insidentdə İran tərəfindən hər hansı itki olmayıb.

Əfqanıstanda bəzi KİV-i ağır artilleriyanın müşayiəti ilə baş verən silahlı insidentdə Əfqanıstan tərəfindən bir nəfərin öldüyünü və bir nəfərin yaralandığını bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti