NATO Kosovo ilə bağlı məlumat yaydı
Missiya qeyd edib ki, Kosovanın şimal bələdiyyələrində ümumi təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır. Bundan əvvəl Serbiya KİV-i xəbər verib ki, tanınmamış Kosovanın şimal hissəsində hava hücumu həyəcan siqnalları səslənib. KİV eləcə də atəş səsləri barədə məlumat verib.
Daha sonra məlum olub ki, Kosova polisi bölgənin şimalındakı “Brnyak” keçid məntəqəsini bağlayıb. Həmçinin, tanınmamış Kosova polisi xüsusi təyinatlılarının Priştinadan şimala və Metoxiyaya doğru hərəkət etdiyi bildirilib.
AzVision.az
Teqlər: NATO







Vaxtında, Aydın, Lazımlı!


