"Ukraynadan fasiləsiz taxıl tədarükünə ümid edirik" - Akar

   "Ukraynadan fasiləsiz taxıl tədarükünə ümid edirik" -    Akar
  01 Avqust 2022    Oxunub:1702
Türkiyə hökuməti “ərzaq sövdələşməsinin” başlanması çərçivəsində Ukraynadan fasiləsiz taxıl tədarükünə ümid edir. AzVision.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar NTV kanalına açıqlamasında deyib.
- Biz Ukraynadan fasiləsiz taxıl tədarükünə ümid edirik. Bu gün Odessadan ayrılan ilk gəminin ardınca, sonrakı gəmilərin hamısı eyni şəkildə və gecikmədən dənizə çıxacaq, - nazir qeyd edib.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Rusiya və Ukrayna Müdafiə nazirliklərinin rəhbərlərinə taxıl sazişlərinin həyata keçirilməsində köməyə görə minnətdarlığını da bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti