"London döyüş gəmilərini Kiyevə verəcək"- Ukraynalı səfir

   "London döyüş gəmilərini Kiyevə verəcək"-    Ukraynalı səfir
  01 Avqust 2022    Oxunub:1328
Böyük Britaniya özünün hərbi gəmilərini Ukrayna silahlı qüvvələrinə təhvil vermək qərarına gəlib. AzVision.az Ukraynanın “Novoye Vremya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko məlumat yayıb.
Diplomatın sözlərinə görə, söhbət bir deyil bir neçə gəmidən gedir. Artıq onlardan birində gəmi və silahlara nəzarət edəcək Ukrayna hərbçiləri təlimlər də keçirlər.

Pristayko fikirlərinə onu da əlavə edib ki, hazırda Ukraynanın mina əleyhinə gəmilərə ehtiyacı var.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti