Tayvan ordusu döyüş hazırlığı səviyyəsini artırdı

   Tayvan ordusu döyüş hazırlığı səviyyəsini artırdı
  02 Avqust 2022    Oxunub:1007
Tayvan ordusu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya mümkün səfəri və Çindən gözlənilən kəskin reaksiya fonunda döyüş hazırlığının səviyyəsini yüksəltmək qərarına gəlib.
Bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Çin Xalq Azadlıq Ordusunun (PLA) mümkün təhlükəsindən qorunmaq üçün Tayvan ordusu döyüş hazırlığının səviyyəsini avqustun 2-si saat 8:00-dan (Bakı vaxtı ilə 04:00) avqustun 4-ü saat 12:00-a (Bakı vaxtı ilə 08:00) qədər yüksəldib və onu müvafiq olaraq tənzimləyəcək.


AzVision.az



Teqlər:



Xəbər lenti