NATO Qarabağdakı gərginlikdən narahatdır

   NATO Qarabağdakı gərginlikdən narahatdır
  04 Avqust 2022    Oxunub:1391
NATO Azərbaycan və Ermənistan qüvvələri arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.
Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə köməkçisi Xavier Kolomina Tvitter paylaşımında bildirib. “Biz insan tələfatından dərin təəssüf hissi keçiririk və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir”, - o deyib.

AzVision.az



Teqlər:



Xəbər lenti