Əfqanıstanda qızlar üçün “gizli məktəblər” yarandı
Bildirilir ki, hazərda "Taliban" 11 yaşdan yuxarı qızların məktəbə getməsini qadağa qoyub.
Nəşrin məlumatına görə, artıq ölkədə təhsilini davam etdirməsi rəsmən qadağan edilən qızlar üçün nəzərdə tutulmuş “gizli məktəblər” fəaliyyətə başlayıb.
“Mənim kəndimdə qızlar, qadınlar savadsızdırlar. Bunu dəyişmək üçün müəllim olmaq istəyirdim. Əgər qadın müəllimlər olmasa, qızlar təhsilsiz qalacaqlar”, - 3 ildir öz evində tələbələri qəbul edən 20 yaşlı Sabirə sayta açıqlamasında deyib.
Məqalədə o da qeyd edilir ki, "Taliban" bəzi bu kimi məktəblərin mövcudluğundan xəbərdardır. Lakin təşkilat onların müəyyən şərtlərlə fəaliyyət göstərməsinə icazə verir. Belə ki, Həzərəcət rayonundakı məktəblərin birində müəllimlər hicabın faydalarını izah edən afişalar asıblar. Nəşrə danışan müəllim qeyd edib ki, belə afişalar məktəblərdə asılacağı halda, o, fəaliyyətini davam etdirə bilər.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


