Ukraynada daha bir amerikalı döyüşçü öldürülüb

Ukraynada daha bir amerikalı döyüşçü öldürülüb
  27 Avqust 2022    Oxunub:1103
"Donetsk Xalq Respublikası"nın (DXR) "xalq milisləri"nin hərbi qulluqçuları Ukrayna tərəfində vuruşan amerikalı döyüşçü öldürüblər. Onun adı Alan Coşuadır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar "DXR"ın ombudsmanı Darya Morozovaya istinad ediblər. "DXR" bu barədə artıq ABŞ nümayəndələrini və BMT-nin monitorinq missiyasının rəhbərini xəbərdar edib.

- Avqustun 23-də Yeqorovka qəsəbəsi ərazisində gedən döyüşlər zamanı DXR-in xalq milislərinin hərbçiləri Ukrayna tərəfində daha bir xarici muzdlu döyüşünü məhv edib. Ukrayna silahlı birləşmələrinin yaraqlıları sadəcə onun cəsədini döyüş meydanında qoyaraq qaçıblar. Öldürülən şəxsin üzərindən ABŞ vətəndaşı, Memfisdən olan 1998-ci il təvəllüdlü Alan Coşuanın adına sənədlər tapılıb. Cəsəd DXR-in morqlarından birinə göndərilib. Biz Ukraynadan fərqli olaraq, hətta düşmənlərimizə münasibətdə də humanizm prinsiplərinə sadiq qalırıq. ABŞ rəsmilərinə Alan Coşuanın ölümü barədə məlumat verilib. Biz həmçinin onun cəsədini dəfn olunmaq üçün yaxınlarına təhvil verməyə hazır olduğumuzu təsdiq edirik, - ombudsman deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti