Litva sabah Tayvanda nümayəndəliyini açacaq

Litva sabah Tayvanda nümayəndəliyini açacaq
  12 Sentyabr 2022    Oxunub:592
Litva sentyabrın 13-də Tayvanda ilk ticarət ofisini açacaq.
Bu barədə “Bloomberg” iqtisadiyyat və innovasiyalar nazirinin müavini Yovita Neliupsiensenin çıxışına istinadən yazıb. Nümayəndəliyə Litvanın Baş nazirinin müşaviri Paulyus Lukauskas rəhbərlik edəcək.

Çin Xalq Respublikası Tayvanda nümayəndəlik açmaq qərarına görə Litvanı davamlı olaraq tənqid edib. Vilnüsün bu addımı Pekin tərəfindən ölkənin ərazi bütövlüyünün pozulması və daxili işlərinə müdaxilə kimi qəbul edilir.


AzVision.az


Teqlər:



Xəbər lenti